Martın 4-də Bakıda Türkiyənin məşhur iş adamı Ahmet Şerif İzgörenin spikerliyi ilə möhtəşəm tədbir keçiriləcək.


Facemark.az xəbər verir ki, iş adamı 1995-ci ildən etibarən Türkiyədə və bir çox Avropa ölkərində menecment, satış, şirkət idarəetmə sistemlərinin qurulması, motivasiya, liderlik, bədən dili, bençmarkinq və s. mövzularda bir çox seminar və təlimlər verib.


Bugünə qədər dünyada seminar və təlim keçdiyi insanları sayı 1 milyon nəfəri keçib. Almaniya, İngiltərə, Avstriya, Danimarka, Hollandiya kimi bir çox ölkələrdə 3000-dən çox təlim və seminar verib.



Nəşr olunmuş 26 kitabı var və 1,5 milyon satış edib. 1998-ci ildə “Elma Yayınevi”ni qurub. İngiltərədə Norhampton Üniversiteti Sunley Management Center ilə 5 il İşbirligi layihəsini idarə edib.


İzgören Akademi Ankara, Antalya, Kayseri, Bursa, Kocaeli və Samsun bölgələrindəki şöbələrdən ibarət şirkətin İdarə Heyətinin Sədri olaraq çalışmaqdadır.


Tükiyənin 500-dən çox özəl şirkət və dövlət qurumlarına konsaltinq xidməti verməkdədir. 2017-ci ildə Vaşinqtonda açılan “Turksih Coffe Lady” markasının ortaq təsisçisidir.


Qeyd edək ki, tədbirin təşkilatçıları “Business Talk”“lB Club” şirkətləri, sponsoru isə Özyeğin Üniversitetidir.