Dünyada məşhur idman geyim markası “Quiksilver”in İdarə Heyətinin Sədri (CEO) Pierre Agnes okeanda itib.
Facemark.az xəbər verir ki, onun Fransanın Bayonne kəndi yaxınlarında Atlantik Okeanında itdiyi bildirilir.
Landes Valiliyindən isə edilən açıqlamaya görə, sabah saatlarında yalnız okeana açıldığı düşünülən Agnesin içində olduğu qayığın yerli saatla 09:17-də sahilə çıxdığı güman edilir.
Açılamaya görə, Agnesi axtarış işlərinin başladıldığı və ilk mərhələdə 4 dəniz nəqliyyat vasitəsi və iki helikopterin axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib.
Yerli qəzetlərdən biri olan “Sud Ouest”, 54 yaşlı məşhur idman geyim markası “Quiksilver” başda olmaqla, “Roxy” və “DC Shoes”nin də daxil olduğu “Boardriders Inc.”in İdarə Heyətinin sədri Agnesin “Mascaret 3” adlı qayıq ilə “Capbreton” limanından tək çıxdığı yazılıb.
Xəbərdə qeyd edilib ki, Agnes okeana açıldıqdan bir müddət sonra sis səbəbindən dolayı rəsmi şəxsləri gec dönəcəyi ilə bağlı xəbərdarlıq edib.
Fransız rüzgar sörfü milli komandasının köhnə üzvi olan Agnes, 1998-ci ildə daxil olduğu Quiksilver şirkətində 2005-ci ildə Avropa bölgəsi üzrə, 2014-cü ildə isə dünya miqyasında İdarə Heyətinin Sədri vəzifəsini alıb.
“Boardriders Inc.” bu ay etdiyi açıqlamada, rüzgar sörfü, xizəkçilik, idman geyim sektorunda ən böyük rəqibi olan Avstraliyanın “Billabong” markasını alacağına dair danışıqların getdiyini açıqlamışdı.
Son məlumata görə, Fransız hökuməti biznesmenin axtarışı istiqamətində axtarış-xilasetmə işlərini davam etdirir.
