Türk əsilli, “Nusr-Et” markasının qurucusu Nusret Gökçe Amerikanın Los Angeles şəhərində “Salt Bae” adlı hamburger restoranı açır.
Facemark.az xəbər verir ki, “New York Post” qəzetinə danışan N.Gökçe deyib ki, restoranın adı onun məşhur duz səpmə hərəkətindən götürülüb.
“Salt Bae” üçün ilk kirayə müqaviləsini imzalamışıq. Burger zəncirinin ikinci restoranı isə SoHo, Manhattanda açılacaq. Restoran təxminən 400 kv. metr ərazini əhatə edəcək və alkoqol içkilər satışı da mümkün olacaq”.
“New York Post”un yazdığına görə, digər burger restoranların əksinə olaraq, Nusretin burger zənciri masa arxasında oturan müştərilərə birbaşa xidmət göstərəcək:
Nusret yeni konsept üçün deyib ki, “Restoran təkcə varlılara xitab etməyəcək”.
Qəzet yazır ki, onun yeni restoranının şəriki isə İsrail əsilli, biznesmen Rotem Rosendir.
Qeyd edək ki, Nyu-Yorkun əmlak kralı hesab edilən, İsrailli iş adamı Təl-Əvivdə yerləşən “ASRR Capital” şirkətinin yaradıcısıdır.
