2022-ci ilə qədər dünyanın 120 ölkəsində satılan, şirkətin uşaqlar üçün hazırladığı “Happy Meals” menyularında dəyişiklik olacaq.


Facemark.az xəbər verir ki, bu barədə “McDonald’s’” şirkətinin açıqlamasında deyilib.


Şirkətdən bildirilib ki, menyuda çizburgerlər, ancaq müştərinin istəyi ilə veriləcək: “Menyuda kartof qızartmasının həcmi də azaldılacaq”.



Qeyd edək ki, yeni dəyişikliyə görə, “Happy Meals” menyusunda kalorinin miqdarı 600-ü keçməyəcək. Şirkətin gündəmində, həmçinin süni rəngləndirici aromatların da “Happy Meals” menyusundan çıxarılması var. Şirkət bununla daha sağlam qidalalanma prioritetlərini həyata keçirtməyə çalışır.