Dünyada məşhur fast-food zənciri KFC toyuq qıtlığına görə, Böyük Britaniyada, ümumilikdə 900 restorandan 800-nü bağlayıb. Restoranların bir qismi problem həllini tapdıqdan sonra gün içində açılıb.
Facemark.az xəbər verir ki, problem şirkətin tarixində birinci dəfədir ki, baş verib.
Şirkət açıqlamasında isə deyib ki, problem loqostik sıxıntıdan qaynaqlanır: “Yeni biznes tərəfdaşımız olan DHL ilə başlanğıcda uyğunlaşma problemlərimiz olub”. DHL isə açıqlamasında deyib ki, əməliyyat problemlərindən dolayı çatdırılma tam yerinə yetirilməyib və gecikmə olub: “Problemin həll üçün KFC ilə birlikdə çalışırıq”.
Qeyd edək ki, Böyük Britaniya KFC-nin Avropa qitəsində yerləşən ən böyük bazarı hesab edilir. Dünya miqyasında isə adıçəkilən bazar ilk beşlikdə yer alır.
Xatırladaq ki, bir həftə əvvələ qədər şirkətin loqistik işləri “Bidvest” şirkətinə məxsus olub.
