Bu il baş tutan “SAT Forum” 2018-in birinci FMCG panelində (Gündəlik İstehlak Malları Paneli) auditoriyanın və “Twitter” istifadəçilərinin ünvanladığı suallara spikerlərin maraqlı cavablarını təqdim edirik.


“Nestle” Azərbaycanın növbəti il üçün strategiyası nədir?


“Nestle” Azərbaycan şirkətinin biznesin inkişafı üzrə direktoru Anar Məmmədov: “Hədəflərimizdən biri o idi ki, insanlar bizim məhsulları alsın, evinə aparsın. Artıq əminik ki, müştəri ikinci dəfə də bizim məhsullarımızdan alacaq”.


Təcrübələrinizi kitab yazmaqla insanlara çatdırmağı düşünürsünüz?


“Azərsun” şirkətinin satış və marketinq direktoru Ümit Solak: “88-ci ildən iş həyatına başlamışam. 30 ildir ki, marketinq sektorundayam. “Azərsun”da isə 2 ildir ki, marketinq direktoru vəzifəsini icra edirəm. Təcrübələrimi gənclərlə mütəmadi olaraq paylaşıram. Kitab yazmağa gəldikdə isə, düşünürəm ki, qələmim qüvvətli deyil. Amma istənilən bu cür biznes konfranslarında təcrübələrimi gənclərlə bölüşməyə hazıram”.


Niyə “Azərsun”da fəhlələrin qəbulu zamanı belə, insanlardan ali təhsil tələb edirlər?


“Azərsun” şirkətinin satış və marketinq direktoru Ümit Solak: “Bu sualı “Azərsun”un insan resursları mütəxəsislərindən soruşsanız daha doğru olacağını düşünürəm”.


Niyə bir çox əncəbi bazarlarda biz “Sirab” “Badamlı” kimi məhsullarımızı çox az görürük? Gələcək üçün bu istiqamətdə planlarınız varmı?



“Sirab” şirkətinin kommersiya direktoru Kıvanc Yaycılı: “Sirab” davamlı olaraq əcnəbi ölkələrə ixracatı artırır. Məsələn, “Sirab”ın son dövrlər ərəb ölkələri-Küveyt, Qatar və s. mağazalarının piştaxtlarında siz bizim məhsulları görə bilərsiniz. Bu, yönümdə dövlət də hər zaman yanımızdadır. Daha çox xarici bazara çıxmaq üçün isə daha çox çalışmalıyıq. 5-10 il içində brendimizi ölkə xaricindən kənara daha da yayacağıq”.


“Azərsun” şirkətinin satış və marketinq direktoru Ümit Solak: “İxracatı artırmaq bizim şirkətin prioritetlərindən biridir. Hər ay artıq 44-45 ölkəyə mal satırıq. Bu bazarlar arasında Yaponiya, Tayland, qonşu ölkə Rusiya da var. Bu istiqamətdə gənclərimizə də böyük iş düşür. Boş dayanmayın. Önümüzdə böyük gələcək durur”.


Qeyd edək ki, sonda auditoriyada iştirak edən və ən yaxşı sual verən şəxsə “Marketinq AİR” təlimində iştirak üçün üzvlük haqqı verilib.