“Sat Forum” 2018-in (Satış Formu) “Satış sistemi, satış alətləri paneli davam edir.
Facemark.az xəbər verir ki, formun ikinci panelinin moderatoru “Mutfakçı Mobilya Azərbaycan” şirkətinin rəhbəri İlkin Manafovdur. Panelin ikinci spikeri qismində “Mobitel” şirkətinin marketinq direktoru Əli Xəyyam çıxış edib.
Əli Xəyyam “Dolmaya Brokoli qatmaq” mövzusundan danışıb.
O, deyib ki, qazanmaq istəyiriksə, müştəriyə qarşı tərəf kimi yox, eyni yolun yolçusu kimi yanaşmalıyıq.
Əli Xəyyam bildirib ki, hazırda satış özündə bir çox meyarı cəmləşdirir. Amma bununla belə bu gün əsas olan münasibətlərdir: “Bu gün baxsanız görəcəksiniz ki, bütün avtomobillər, fast food, hətta müğənnilər belə xarici görünüşlərinə görə bir-birinə bənzəyir. Eyni formada da geynirik. İnsanları, şirkət, markaları bir-birindən ayıran münasibətlərdir”.
Onun sözlərinə görə, yaxşı ideanı təklif etdikdə hamı düşünür ki, yüz faiz idea hardansa oğurlanıb: “Sizə belə bir sual ünvanlayım. Davamlı olaraq getdiyimiz restoranda yadımıza nə gəlir? Bəlkə, onları kartları, menyular. Yox! Onların bizi qarşılaması, bizə olan münasibəti yaddaqalan olur. Sədaqət “kopya”lana bilmir. Biz hər şeyi sata bilərik, ideadan başqa. Bəli, bizim heç vaxt ağlımıza gəlməz ki, “Sarı Gəlin” mahnısı, “Dolma” hardansa oğurlanıb. Amma yaxşı ideanı kiməsə təklif etdikdə, ağla belə bir fikir gəlir, yüz faiz bu hardansa kopyalanıb”.
Qeyd edək ki, “Satış sistemi, satış alətləri panelində “Mobitel” şirkətinin marketinq direktoru Əli Xəyyamdan başqa, “Antaris” kommersiya müdiri Samir Axundov, ERA araşdırma mərkəzinin direktoru Elmir Qasımov çıxış edib.

