Bir neçə gün öncə, öz binesini qurmağa başladığı üçün “Azər-Türk Bank”ın Strateji planlaşdırma və marketinq Departamentinin rəhbəri Leyla Məmmədova işdən çıxmışdı.
Onunla bərabər, Bankın strateji planlaşdırma üzrə aparıcı mütəxəssisi Aslan Həsənli və marketinq və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mahir Eyvazov da işindən ayrılıb.
Facemark.az xəbər verir ki, hazırda “Azər-Türk Bank”da Strateji Planlaşdırma və Marketinq Departamentinin direktoru vəzifəsinin icrası Zaur Kələntərova tapşırılıb.
Məlumatı “Azər Turk Bank” Mətbuat katibi Rauf Ağayev də təsdiq edib.
Mənbə: Marja