“AtaBank” ASC-nin Marketinq və Kommunikasiyalar Departamentinə yeni direktor təyinatı olub.
Facemark.az xəbər verir ki, bu vəzifəyə Oruc İbrahimov gətirilib.
Qeyd edək ki, Oruc İbrahimov 2012-ci ilin fevral ayından AtaBank ASC-də bank fəaliyyətinə başlayıb. Bu müddət ərzində müxtəlif departamentlərdə müxtəlif vəzifələrdə çalışıb. Son 3 il ərzində Kommunikasiyalar və PR şöbəsinin rəisi vəzifəsini icra edib. O.İbrahimov Qarabağ uğrunda mübarizə zamanı həlak olmuş Milli Qəhrəman Cavanşir İbrahimovun oğludur.
