“Media Consulting and Services” fevral ayı ərzində məlumatların ilkin hesabatını başa çatdırıb.
Facemark.az-a şirkətdən verilən məlumata görə, medianın əhatəsinə daxil olan məlumatlar media qrupu tərəfindən kəmiyyət, keyfiyyət, xarakter (tonallıq) və məzmun üzrə təhlil olunub.
Cari hesabat dövründə bütün mövzular üzrə məlumatların kəskin artması müşahidə edilib. Məşhur 5 sektordan biri olan (universitet, mobil rabitə, sığorta şirkəti, otellər) bank sektorunda ad hallanması üzrə məlumatların ümumi dinamikası təkcə fevralda 25 min 280 hesablanıb.
Mediada adı ən çox hallanan banklar “Azərbaycan Beynəlxalq Bankı” (1616), “Kapital Bank” (1375), “Unibank” (819) olub.
Qeyd edək ki, media monitorinq qrupu 10 Televiziya, 55 çap və 600 online media daxil olmaqla 665-dən çox mənbəni, eyni zamanda sosial şəbəkələri izləyir.