Martın başlanğıcında məşhur alkoqolsuz içki “Adrenaline Rush”ın genişmiqyaslı kampaniyası başlayıb.


Facemark.az xəbər verir ki, reklam kapmaniyasının ana şüarı isə “Sən hər şeyi bacararsan”dır.


Kampaniya istehlakçıların fikirlərinə əsaslanır. Bəli, uğurun arxası ilə qaçmaq təbiidir. Amma bəzən qorxular, bizi irəli doğru getməyimizə mane olur. Qorxuları idarə etmək isə insanı daha güclü edir.



Bu mesaj isə brendin reklam kommunikasiyasının əsas fikrini təşkil edir. Seriya şəkilində olan reklam kampaniyası isə brendin yenilənmiş qablaşdırılması, saytı, ali məktəblər və şəhər nəqliyyatında qeyri-standard yerləşdirilməsi ilə diqqət çəkir.


“Friends Moscow” reklam agentliyi ilə birgə ərsəyə gətirilən reklam kampaniyası qısa videoçarxdan ibarətdir, amma çarxda real qəhrəmanlardan istifadə edilib. Rejissor Noah Conopask, istehsalçı şirkət isə “Stereotactic” studiyasıdır.






Mənbə: advertology.ru