Türkiyənin İqtisadiyyat Nazirliyi mediareklam sahəsində öz beynəlxalq kampaniyası – “Turkey, Discover the Potential brand” (Türkiyə, Potensialı Kəşd Edin!) görə nüfuzlu mükafata layiq görülüb. Travel sektorunda ən yaxşı reklamverən elan edilib.
Facemark.az xəbər verir ki, “Gold Print Awards” mükafatlandırılması mərasimi aprelin 5-də Moskva mehmanxanası “Metropol”da baş tutub.
Türkiyə Respublikasının İqtisadiyyat Nazirliyi “Gold Print Awards”ın nəticəsinə görə, Rusiya çap KİV-ində səyahətlər seqmentində ən yaxşı reklamverən tanınıb.
“Gold Print Awards” Rusiya reklam sənayesinin əsas milli mükafatlarından biridir. Layihədə əsas məqsəd Türkiyənin biznes potensialı, mədəni gücünün inkişafını və onun dəyişikliklərə sürətli adaptasiyasını göstərmək olub.
Kampaniya ölkənin iqtisadiyyat naziri Nihat Zeybəkçi və Türkiyə ixracatçılar məclisinin dəstəyi ilə Rusiya və 6 başqa ölkədə reallaşdırılıb. Mediakampaniya özündə çap KİV-ində müxtəlif reklam formatlarının komplekslərini birləşdirib.
Məhz vizual cazibədar və yaddaqalan reklam elanları, Türkiyənin inkişafının aktual trendləri haqqında reklam məqalələri, həmçinin qəzet və jurnallara tematik proqramlar, hədəf autitoriyası üçün türk ənənələri, mədəniyyəti, turizmdə görməli yerləri daxil olub. Reklam layihəsi milyardlarla insana çatıb və rus auditoriyasına imkan verib ki, onlar Türkiyənin coğrafi mövqeyi və mədəni zənginliyi, həmçinin ölkənin iqtisadi inkişafının xüsusiyyətləri ilə tanış ola bilsinlər.
“Turkey, Discover the Potential brand” adlı beynəlxalq kampaniya Rusiya ilə yanaşı, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, ABŞ və BƏƏ-də keçirilib.
“Gold Print Awards” çap reklam sənayesinin ən yaxşı nümunələrinin tanınmasına yönəldilmiş mediareklamı sahəsində milli mükafatdır. Mükaftalandırma reklamın müxtəlif tematik istiqamətlərini birləşdirmiş dəbdən maliyyəyə qədər 16 nominasiya üzrə verilib.

