Son günlər “Coca-Cola Zero”nun “Twitter” səhifəsində tvitlərin hamısı açara alınıb. Şirkət isə məsələ ilə bağı açıqlama verməyib. Ötən axşam isə @MashAllPotatoes adlı “Twitter” istifadəçisi “Coca-Cola Zero”nun rəsmi “Twitter” səhifəsində paylaşdığı tvitlərin bir-neçəsinin ekran görüntüsünü paylaşması ilə sözün əsl mənasında aləm bir-birinə dəyib. Qısa zaman kəsiyində həmin tvitlər viral halına gəlib.




Facemark.az xəbər verir ki, şəbəkənin istifadəçiləri ekran görüntülərini öz dostları ilə paylaşıb.



İlk ekran görüntüsündə “Coke Zero”nun öncə “Mənə Coke Zero və Diet Coke arasında heç bir fərq yoxdur deyən bütün trollardan bezdim. “Coke Zero”nu anlamaq üçün çox həssas damaq dadına sahib olmalısınız” yazılıb. İkinci ekran görüntüsündə isə təhqirə keçən rəsmi səhifənin nümayəndəsi bilirsinizmi mən artıq yoxam deyib.


Əlbəttə, @MashAllPotatoes adlı “Twitter” istifadəçisinin bu paylaşımı ağıllarda bu sualı yaratdı. “Coca-Cola Zero”nun rəsmi səhifəsi üzərindən belə bir paylaşım olduğuna görə, kompaniya platforma üzərindəki hesabını açara salıb. Bəziləri də düşündü ki, ola bilər ki, səhifə təhqirlərdən istifadəyə görə, şikayət edilib. Kompaniya yalnız bu paylaşımın üstündən 5 saat keçəndən sonra açıqlama verib: “Bu dəyişdirilmiş görüntünü biz hazırlamamışıq. Xahiş edirik, #CokeZeroSugar haqqında rəsmi məlumatları almaq üçün @CocaCola səhifəsini izləyin”.




“Coca-Cola”nın atdığı bu tvitdən dərhal sonra isə MashAllPotatoes “Coca-Cola”nın tvitinə “Əgər bu sosial media komandanız üçün hər-hansı baş ağrısına səbəb oldusa, üzr istəyirəm. Düşünmürdüm ki, kimsə paylaşdığımın həqiqi olduğunu fkirləşə bilər. Xüsusilə də ora əlavə etdiyim “Rick and Morty” mahnısı ilə birlikdə”, - deyə qarşılıq verib.



Bu paylaşımdan sonra, aydın oldu ki, platforma üzərindən paylaşılanlar “Coca-Cola Zero”nun sosial media komandası ilə heç bir əlaqəsi yoxdur. Amma yenə də, kompaniyanın “Twitter”dəki hesabının niyə açarda olduğunu məlum deyil. Şirkətin yuxarıda qeyd etdiyimiz kimi rəsmi açıqlaması hələki yoxdur.


Mənbə: Pazarlamasyon