“Volkswagen Group” onunla eyni adı daşıyan markası üçün qlobal reklam agentliyi axtarışındadır. Kompaniya bunun üçün reklam agentlikləri arasında tender elan edib.
Facemark.az xəbər verir ki, şirkətin belə bir addım atmasına səbəb marketinq nəzarətinin mərkəzləşdirilməsi və 2015-ci ildə baş verən emissiya qalmaqalından sonra (Şirkət nəqliyyat vasitələrinin egzoz emissiya dəyərlərinin manipulyasiya etdiyinə görə məhkəməlik olmuşdu. Alman avtomobil nəhəngi 15 milyard dollarlıq dəyərində cəzanı qəbul etmişdi) marka imicini bərpa etməkdir.
Almaniyanın “Horizont” jurnalı yazır ki, “Volkswagen Group”un qlobal marketinq direktoru Jochen Sengpiehl təşkil etdiyi mətbuat konfransında deyib ki, hədəfimiz mərkəzi bir agentlik modeli yaratmaqdır.
Mənbələrin bildirdiyinə görə, tender prosesinin elan edilməsi və nəticəsi markanın 2016-cı ilindən bu yana qlobal media agentliyi “Omnicom” agentliklərindən PHD-yə təsiri olmayacaq. Sengpiehl isə yazır ki, kompaniya media sahəsində xeyli xərclər edib və bu prosesin dəyişdirilməsi vacibdir.
2009-cu ildən bu yana şirkət ABŞ-da Interpublic Group (IPG) daxil olan Deutsch Los Angeles agentliyi ilə əməkdaşlıq edib. Ekspertlər deyir ki, tenderin elan edilməsi ilə adıçəkilən reklam agentliyi üçün problemlər yarada bilər. IPG-nın rəqibləri arasında Avropada uzun müddətdir marka ilə əməkdaşlıq edən, DDB-nın da daxil olduğu, Omnicom da var. Tenderdə daha bir reklam agentliyinin iştirakı gözlənilir. Bu isə Omnicom-a daxil olan BBDO agentliyidir. BBDO marka ilə Braziliya da daxil olmaqla bir çox qlobal bazarlarda əməkdaşlıb edib.
Qeyd edək ki, “Volkswagen Group”un tərkibinə “Volkswagen”, “Audi”, “Skoda” və “Porsche” kimi markalar daxildir. “Ad Age Datacenter 2016” hesabatına görə, şirkət reklamlara 6,74 milyard dollar xərcləyib ki, bu da onu dünyanın ən böyük altıncı reklamverəni edib. “Volkswagen Group”un ABŞ və Almaniyada olan rəsmiləri isə tenderin ilkin mərhələsinə dair açıqlama etməyiblər. Amma mənbələrin dediyinə görə, tender holding səviyyəsində təşkil ediləcək.