İtaliyanın məşhur futbol komandası “Inter” A seriyasının 32-ci həftə oyunlarında “Cagliari” komandası ilə qarşılaşıb.


Facemark.az xəbər verir ki, mavi-siyah geyinən komanda ilkə imza ataraq formalarının arxasına futbolçuların adları əvəzinə, onların “Instagram” hesablarınının istifadəçi adlarını yazdırıb.


“Inter” klubunun futbolçuları soyunma otağında asılqandan asılan yeni formaların fotolarını çəkərək, sosial mediada (“Twitter”, “Facebook”, “Instagram”) #InterSocialNight həştəqi ilə paylaşıblar. Ardınca edilən açıqlamada isə qeyd edilib ki, “bu tarixdə hər şeyin rəqəmsal və sosial mediaya həsr olunmuş ilk futbol matçı olacaq”. Bu isə qısa zamanda sosial mediada paylaşım rekordu qırıb.


Məsələn, İvan Perisicin formasının arxasında ənənəvi olaraq futbolçu nömrəsi və adı deyil, @IVANPERISIC444 yazılıb. Bu isə futbolçunun “Instagram”da olan istifadəçi adıdır.


Qeyd edək ki, futbol qarşılaşması 4:0 hesabı ilə “Inter”in qələbəsi ilə başa çatıb. Futbolçular futbol meydançasına adıçəkilən formalar ilə deyil, rəsmi geyim formaları ilə çıxıblar.


Bu gün idman komandaları sosial mediadan istifadə edərək, tərəfdarları ilə ünsiyyət qurmağa üstünlük verirlər. Belə olduqda ortaya qeyri-adi fikirlər çıxır. Bu cür fikirlər bəzən bəyənilməsə də, İtalyan nəhənginin etdiyi hərəkət bütün sosial mediaya təsir etdi. Görək, bu proses növbəti dövrlərdə davam edəcəkmi? yoxsa başqa bir komanda eynisini təkrar edəcək?