Televiziya rəhbəri və prodüser Acun Ilıcalı faktorinq borcları üçün banklar ilə görüşəcək.


Facemark.az xəbər verir ki, TV rəhbərinin belə bir addım atmasına səbəb banklara olan borcunu daha aşağı faizlər ilə ödəmək istəyindən qaynaqlanır.


“Bloomberg”ə verdiyi reportajda A.Ilıcalı deyib ki, biznesimin böyüdülməsi üçün benzinə ehtiyacım var:


“Faktorinq borclarımızı banklara almaq istəyirik. Çünki arada 4-5 bal kimi ciddi bir fərq var. Həmçinin, türk lirəsində olan borclarımızın daha aşağı faiz dərəcələri ilə təmin etmək üçün xarici valyuta kreditlərinə çevirmək istəyirik.


Bu proses çox sürətli gedəcəksə, bir neçə il içində dünyanın ən böyük televiziya istehsalçı şirkəti olacağıq. Pul mənim üçün benzin deməkdir. Biznesimin böyüdülməsi üçün isə benzinə ehtiyacım var”.


Tv rəhbəri vurğulayıb ki, şirkət xaricdə də tanıdılması prosesi uğurla davam edəcəksə, xalqa açıq elan ediləcək.


Qeyd edək ki, son günlər “Ülker” markasının istehsalçısı “Yıldız Holding” (borc miqdarı 6 milyard dollar-red.) və “Doğuş Holding” (borc miqdarı 5,8 milyard dollar-red.) markaları da borclu olduqları banklar ilə görüşmək tələbi etmişdilər. Buna səbəb isə borclarını uzun müddətə, amma daha az, yaxud aşağı faiz dərəcələri ilə ödəmək istəkləri ilə bağlı idi. Belə addım borcların daha asanlıqla ödənilməsini təmin edəcək.


Xatırladaq ki, biznes obyektlərinin belə addım atmağa təşviq edən səbəb türk lirəsinin dollar qarşısında dəyər istirməsi və şirkətlərin zərər etməsi ilə bağlıdır.