Markalar marketinq və reklam kampaniyalarını çox düşünülmüş, diqqətli şəkildə hazırlamalıdırlar. Bu zamana qədər bir çox markanın ictimaiyyət tərəfindən mənfi reaksiya verilən kampaniyaları ilə qarşılaşmışıq.
Facemark.az xəbər verir ki, marka hər-hansı detalı gözardı etməklə, bütün oxları öz üzərinə çəkə bilər.
Məsələn, “Puma”nın narkotik temalı yığıncağı, “McDonald’s’ın muzeyləri pisləyən reklamı, “Starbucks”un yeni il, H&M-in qaradərili insanları aşağılayan reklam filmləri qeyd etdiyimiz mənfi nümunələr arasındadır. Bu nümunələrə daha biri əlavə edilib.
KFC Türkiyənin “Baxmaq pulsuzdur” (Bakması Bedava) sloqanlı reklam afişası sosial mediada mənfi rezonans doğurub.
Qısa müddət içində “Ekşi Sözlük”də “Bakması Bedava” başlığı altında reklam afişası haqqında çox sayda şərh gəlib. Bir sıra “Twitter” istifadəçisi isə reklam kampaniyasının insanlarda narahatlıq yaratdığını deyib.
Şirkətdən isə afişa ilə bağlı rəsmi açıqlama edilməyib.
Mənbə: Pazarlamasyon


