Məişət texnikası istehsalçısı “Beko” “Barcelona” futbol klubu, “Barcelona” Fondu, UNICEF ilə birgə uşaqlarda rastlanan piylənmə probleminə qarşı mübarizə üçün qlobal kampaniyaya imza atıb.
Facemark.az xəbər verir ki, kompaniya “Eat Like a Pro” (Çempionlar Kimi Qidalan!) kampaniyası çərçivəsində sosial media üzərindən xeyriyyə kampaniyası təşkil edəcək.
“Beko” “Instagram”, “Twitter”də #EatLikeAPro həştəqi ilə paylaşılan, uşaqları sağlam qidalanmağa təşviq edən hər paylaşım üçün UNİCEF-ə 1 avro bağışlayacaq. Kampaniya çərçivəsində 1 milyon avronun toplanması hədəflənir.
Hazırda dünya miqyasında piylənmədən əziyyət çəkən uşaqların sayı 41 milyon nəfərə çatıb. Əgər bu problemin həlli istiqamətində hansısa addım atılmazsa, belə uşaqların sayı 2025-ci ilə qədər 70 milyon nəfəri aşacaq.
