Amerikalı investor İlon Maskın şirkəti “Tesla Motors” 2018-ci ilin birinci rübündə 710 milyon dollar zərər edib.
Facemark.az xəbər verir ki, göstərici 2003-cü ildə təsis edilən və elektrik mühərrikli avtomobillərin istehsalında birinci olmağı hədəfləyən şirkət tarixinin ən böyük birinci rüblük zərəri olaraq tarixə keçib.
Şirkət 2017-ci ilin yekununada təxminən 2 milyard dollar zərər etmişdi.
“Tesla Motors”dan edilən açıqlamaya görə, şirkət 2018-ci ilin ikinci yarısından sonra mənfəətli işləyəcək.
Kompaniya bu il sərmayə xərclərini 3 milyarddan aşağı salmağı planlaşdırır. Şirkət sərmayə xərclərini azaltmaqla, qısamüddətli ehtiyaclara fokuslanmağı hədəfləyir.
İnvestorlara maliyyə göstəriciləri ilə bağlı məlumat verən “Tesla” rəhbərliyi, lüks elektrik nəqliyyat kateqoriyasında olan avtomobillərin çatdırılmasının ilin ikinci yarısında sürətlənəcəyi, bunun da gəlirlərə müsbət təsir edəcəyi bildirilib.
“Tesla”nın geniş kütlələrə satmağı hədəfləyən “Model 3” elektrik mühərrikinin istehsal prosesinin hələ də inkişaf mərhələsində olduğu qeyd edilib. Şirkət istehsal xərclərini aşağı salmağın yollarını axtarır.
“Tesla” “Model 3” ilə bağlı deyib ki, “Avtomatlaşdırma prosesini çox sürətli şəkildə tətbiq etməyə çalışdıq. Amma xəta etdik”.
CFRA investisiya konsultasiya şirkətindən “Efraim Levy”, “Tesla”nın kassasından nağd “pul yeməyə” davam edəcəyi bildirilib.
Konfransın sual-cavab hissəsində şirkətin maliyyə göstəriciləri ilə Maska verilən suallara cavab olaraq “Çox quru suallardır. Məni öldürürlər” deyib və səhm analtiklərini “YouTube” üzərindən yayımlanan mətbuat konfransına daxil etməyib.
Nyu York birjasının bağlanış saatında “Tesla”nın səhmlərinin dəyəri 5% dəyər itirib.
Mask isə müdafiə edir ki, investorlar uzunmüddətli hədəflərə fokuslanmalıdırlar: “Qısamüddətli birja dalğalanması “Tesla”nın vizyonunu dəyişdirməyəcək”.