Türk müğənni, aktyor Ragga Oktay 4 ildir ki, kombi/kondisioner markası “Baymak”ın reklam simasıdır. Aktyor markanın bütün səsləndirmə, mahnı, sloqanlarını hazırlayır. Müğənni, marka tərəfindən müqavilənin şərtlərinin pozulduğuna və özündən icazə alınmadan reklam filmləri hazırlandığını iddia edir. Aktyor markadan 250 TL (60 min dollar-red.) təzminat tələb edir.
Facemark.az xəbər verir ki, iddiaya görə, xarici konsertlərindən qayıdan Ragga Oktayın komandası tərəfindən müəyyən edilən pozuntular markaya bildirilib. “Baymak” bütün filmlərin yayımını dayandırıb, amma məşhura müəlliflik haqqını ödəməkdən imtina edib.
Müğənni deyib ki, həyatımda birinci dəfədir ki, belə bir hadisə ilə qarşılaşıram:
“20 ildir ki, bu işin içindəyəm. Reklam dünyasında böyük markalar ilə çalışmışam, hələ də çalışmaqda davam edirəm. Amma həyatımda birinci dəfədir ki, belə bir hadisə ilə qarşılaşıram. Təəccüb içindəyəm. Müqavilənin bütün şərtləri, müddətləri pozulub. Hətta məndən xəbərsiz rəsm, bəstələrim, mahnılarım istifadə edilərək reklam filmləri hazırlanıb, sosial məcralarda icazəm olmadan, müqavilənin şərtlərinin kobud pozulması şəklində paylaşılıb”.
Müğənni bildirib ki, məhkəməyə müraciət etməkdən başqa çarəmiz qalmayıb:
“Çalışdığım bütün markalarla əlaqələrimiz hər zaman yaxşıdır. Hər zaman hörmət çərçivəsindədir. Həmçinin, heç vaxt ilk seçimim dava yoluna getmək olmayıb. Çünki, xəta, səhvlər edilə bilər. Belə bir situasiyanı hər iki tərəf professional şəkildə həll etməli idi. Mən yaxşı niyyətimi göstərərək, vəziyyətin bizə yaraşan şəkildə həll edilməsinə çalışdım. Amma qarşılığında gözlədiyim, layiq olduğum dəyəri almadım. Əgər xətalar sülh yolu ilə həll edilmirsə, hətta tərsinə örtülməyə çalışılırsa, o zaman uca məhkəməmizə müraciət etməkdən başqa çarəmiz qalmır”.
Ragga Oktayın vəkili Ufuk Sıtkı isə “Müvəkkilimin daha öncə imza atdığı müqavilənin şərtləri pozulub. Müvəkkilimin haqqlarını qorumaq üçün dava açacağıq”, - deyib.
Mənbə: MarketinqTürkiye
