“Maliyyə və İnvestisiya Forumunun əsas məqsədi maarifləndirici platforma olmaqdır”.
Facemark.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında II Maliyyə və İnvestisiya Forumunun (FİF2018) həmtəsisçici, Forumun moderatoru Niyazi Abbasov deyib.
“Forumun məqsədlərindən biri isə dünya və Azərbaycanda maliyyə və investisiya dünyasında baş verən trend, populyar mövzuların Azərbaycanda müzakirəsini aparmaq, yerli və xarici spikerlərin, dövlət və özəl sektoru təmsil edən nümayəndələrin bir yerdə dioloq, diskusiyasını təşkil etmək, maarifləndirməkdir. Ötən il Azərbaycanda ilk Maliyyə və İnvestisiya Forumu təşkil edilib. İlk Maliyyə və İnvestisiya Forumu Azərbaycanda şəffaflıq, inkişaf devizi altında keçirilib”.
Mütəxəssis deyib ki, dünyanın maliyyə sektorunda baş verən proseslər Azərbaycan bazarına da təsir edib: “Builki forum isə bildiyiniz kimi son illər, informasiya texnologiyaları inkişafı, geniş vüsət almış blokçeyn, intellektin maliyyə və investisiyaya tətbiqinin genişlənməsidir. Azərbaycan da dünyanın bir parçası olaraq bu hadisələrdən təsirlənmişdi. Təbii olaraq da biz mövzular ətrafında Azərbaycanın qabaqcıl, bank, sığorta şirkətlərinin, investisiya şirkətlərinin nümayəndələrini Foruma dəvət etmişik. Forum çərçivəsində bütün müzakirələr açıq olacaq”.
“Ümidvaram ki, forum öz məqsədinə nail olacaq, hər kəsə faydalı olacaq, maarifləndirmə istiqamətində ölkə iqtisadiyyatına az da olsa öz töhvəsini verəcək”, - deyə N.Abbasov sözlərinə əlavə edib.