“Facebook”un bağlanma ehtimalı yoxdur. Amma “Facebook” inkişaf təkamülündən keçəcək. Hazırda da bu proses “Facebook”un son yenilikləri timsalında davam etməkdədir. “Facebook” rəhbərliyi bəzi startapların inkişafı istiqamətində də iş aparır”.
Bu sözləri Facemark.az-a açıqlamasında “7Marketz Inc. Group” şirkətinin rəhbəri, xaricdə yaşayan azərbaycanlı mütəxəssis Yaqub Rəhimov deyib.
Y.Rəhimov bildirib ki, mayın 25-də Avropa İttifaqında qəbul ediləcək qanun aktına bütün şirkətlər əməl etməli olacaq:
“Sadəcə “Cambridge Analytica”nı bir kənara qoyun, 2018-ci ilin mayın 25-də Avropa İttifaqı məlumatların müdafiəsi haqqında yeni akt qəbul edəcək. Bütün Avropa şirkətləri bu qanuna əməl etməli olacaq. Ancaq qeyd edim ki, blokçeyn tətbiq edən şirkətlərin bu qanunvericiliyə heç bir adiyyatı yoxdur.
Məsələn, təsəvvür edin ki, siz “Google”da axtarış edirsiniz. Amma bilmirsiniz ki, şirkət sizin hansı datanızı yığır və onlar ilə nə edir. Siz istifadəçi olaraq bu məlumatları asanlıqla silə bilmərsiniz. Yeni qanun aktı isə tələb edəcək ki, istifadəçi öz datasını rahat silə bilsin. İkinci isə, şirkətlər istifadəçilər ilə razılaşdırmalıdırlar ki, onlar sizə öz datalarını versinlər. Yeni qanun aktı məhz bu sadaladıqlarımı labüd edəcək”.
Xaricdə yaşayan mütəxəssisimiz bildirib ki, “Cambridge Analytica”nın bağlanması sadəcə siyasətdir: “Çox güman ki, “Cambridge Analytica” öz fəaliyyətini başqa adla davam etdirəcək. Heç bir texnologiya boş-boşuna bir gün içində bağlana bilməz”.
Qeyd edək ki, ekspertlər qeyd edir ki, Avropa İttifaqında qəbul ediləcək yeni qanun aktı istifadəçi məlumatlarının toplanması və onlardan istifadə edilməsi sahəsində radikal dəyişiklik yaradacaq. İlk növbədə bu Avropa alıcılarına qarşılıqlı təsir etməyə və marketinq hədəflərində onların davranışlarını təhlil etməyə çalışan şirkətlərə təsir edəcək.
Xatırladaq ki, “Cambridge Analytica” şirkəti mayın 3-də bağlandığını açıqladı. Şirkət bağlanmaq səbəbi kimi “Facebook” ətrafında yaranan qalmaqaldan sonra, müştəri və tədarükçülərinin itirilməsini göstərmişdi.