İlin ən önəmli moda konfransı hesab olunan “MET Gala 2018”in (ABŞ-ın Nyu-York şəhərində təşkil edilib-red.) ən çox maraq doğuran və haqqında danışılan hadisəsi İlon Mask və Grimesin sürpriz eşqi olub.
Facemark.az xəbər verir ki, texnologiya dünyasının dahisi hesab edilən İ.Mask və popun avanqard şahzadəsi Grimes, həqiqi adı ilə Kanadalı musiqiçi və söz yazarı Kler Bauçer münasibələrini qırmızı xalça üzərində hər kəsə elan ediblər.
Fevral ayında ayrıldığı köhnə sevgilisi Amber Heard ilə “MET Gala 2018”də qırmızı xalçada qarşılaşan İlon Mask, Kler Bauçer ilə münasibətlərinin ilk ipuçlarını martda “Twitter”də etmişdi.
Foto: Amber Heard və İlon Mask
Grimesin yeni musiqi videosu “Venus Fly” üçün “Uzun müddətdir gördüyüm ən yaxşı video sənətidir” şəklində şərhini tvit atan Maskın bu sürətli və gözlənilməyən həmləsi hər kəsi təəccübləndirib.
Yeni münasibətə başlayan cütlük jurnalistlərə reportaj da verib. Mask deyib ki, rəfiqəsinin “MET Gala 2018” üçün hazırlanan əlbisəsinin dizayn edilməsində köməklik edib. Grimesin boyunbağısı Maskın sahibi olduğu, elektrik mühərrikli nəqliyyat vasitələri istehsal edən “Tesla” şirkətinin loqosuna bənzədilib.
Güman edilir ki, “Tesla”nın 46 yaşlı CEO-su ilə Grimes arasındakı münasibət süni zəka ilə bağlı zarafatdan sonra yaranıb. Cütlüyün tanışlıq hekayəsindən danışan bir nəfər deyib ki, “İlon, “Rococo Basilisk” zarafatı etmək üçün fikir axtarırdı. Grimesin bu mövzuda zarafat etdiyini eşidən Mask ondan kömək istəyib. Grimes isə üç ildir ki, ilk dəfə birinin zarafatı anladığını deyib. İkisi də süni zəka ilə bağlı zarafat edib”.
Qeyd edək ki, Mask konfransda təkcə sevgilisi ilə deyil, ayaqqabıları ilə də diqqət çəkib. Konfransda geyindiyi hündürdaban ayaqqabılarından dolayı istifadəçiləri onu xeyli müzakirə ediblər.



