“Rabitəbank” ASC-nin Reklam və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nigar Kərimova vəzifəsindən gedib.
Facemark.az xəbər verir ki, o, “Bank VTB (Azerbaijan)” ASC-nin Marketinq Departamentinə yeni direktor təyin edilib.
Qeyd edək ki, “Bank VTB (Azərbaycan)” ASC-nin rəsmi açılışı 2009-cu il noyabrın 23-də olub. “Bank VTB (Azərbaycan)” 20-dən çox ölkədə nümayəndəliyi olan VTB beynəlxalq maliyyə qrupunun hissəsidir.
VTB-nin əsas səhmdarı 60,9% paya malik Rusiya Federasiyasıdır. Bankın fəaliyyəti MDB ölkələri, eləcə də Gürcüstan, Kipr, Avstriya, Fransa, Almaniya, Çin və Hindistanı əhatə edir.
