Bu il Türkiyədə altıncı dəfədir ki, “Brand Week Istanbul” konfransı təşkil ediləcək.


Facemark.az xəbər verir ki, marketinq, kommunikasiya, yaradıcı liderlərin görüş yeri olan “Brand Week Istanbul” bu il 7-8-9 noyabr “Zorlu Performans Sanatları Mərkəz”də baş tutacaq.


“Brand Week Istanbul” builki mövzusu isə “Ideas Without Borders” (Sərhədsiz fikirlər-red.) dir. Avropa, Yaxın Şərq, Afrikadan olan ən böyük markalara rəhbərlik edən biznesmenləri bir araya gətirəcək konfransın spikerlərinin adları da açıqlanıb.


Psixoloq, Sosial Nəzəriyyə və Davranış Elmləri professoru, “The Paradox of Choice” kitabının yazarı Barry Schwartz, “Anomaly” Agentliyinin Şəriki və Qlobal Əməliyyatlardan Məsul prezidenti Karina Wilsher, “Kellogg School of Management”in İdarəetmə professoru və Neyro Elm üzrə mütəxəssis Moran Cerf, J. Walter Thompson Asiya-Sakit okean bölgəsi CEO-su və Prophet Mədəniyyət direktoru Tom Doctoroff bu ilin spikerləri arasında yer alır.


“Brand Week Istanbul 2018”in bütün spikerləri və konfrans haqqında detallar üçün Brandweekistanbul.com saytına ziyarət edə bilərsiniz.