“Coca-Cola” şirkəti “Share A Coke” adlı yay kampaniyasına start verib.
Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, “Mediapost” yazır ki, kampaniya çərçivəsində qazlı içkinin fanatları stiker və mükafat əldə edəcəklər. İlk dəfə kampaniya 2014-cü ildə həyata keçirilib və o gündən kampaniyaya bəzi əlavə və dəyişikliklər edilib.
Yeni kampaniya ənənəvi olaraq və bir az daha dəyişikliyə məruz qalmış “ShareACoke.com” saytı üzərindən başlayıb. Siz saytdan eksküliziv imza olan şüşə butulka ala bilər və ya onu dostlarınıza hədiyyə olaraq göndərə bilərsiniz.
Mükafatları kampaniya çərçivəsində təşkil edilən oyunlarda iştirak edərək, stikerlər toplayaraq udmaq olar. Məsələn, siz mükafatın sonunda əyləncə parkına pulsuz bilet əldə edə bilərsiniz. “Coca-Cola”nın brend meneceri Sakson Siy “Mediapost”a deyib ki, 2014-cü ildə biz “Share A Coke”u buraxanda əsas ideya, hər kəsə içkinin butulkası üzərində öz adlarını tapmaq imkanı vermək idi: “Amma hər il insanlarda kola ilə bağlı çoxlu an və həyəcanlar meydana gəlməyə başladı”, - deyə o, sözlərinə əlavə edib.
