“Coca-Cola” şirkəti “ICON” reklam agentliyi ilə əməkdaşlığı çərçivəsində bazara yeni “FUZE TEA” brendini təqdim edib. Marka və reklam agentliyi, həmçinin birgə brendin tanıdılması üçün reklam kampaniyasına da start verib.


Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, yeni reklam kampaniyası çərçivəsində, müştərilərə “Özünə hər zaman ayırmağa vaxt var” mesajı verilib. Eyni zamanda, markanın korporativ dəyərləri əks etdirilib.


Reklam kampaniyasının konsepsiyası və yeni markanın fəlsəfəsinə uyğun olaraq şirkət Rusiyanın 6 şəhərində, ümumilikdə 10 ofisdə yaradıcı kampaniyalar həyata keçirib.


Həmin şəhərlərdə “Fusion” anlayışı əks etdirən interaktiv tədbirlərin seriyası keçirilib. Əsaslandırılan yazılar interyerə inteqrasiya edilmişdi. Hər brend, hər bir əməkdaş ilə brendin dilində danışırdı. Məsələn, gözlərini qaldır və ətrafına bax həyat çox gözəldir, burda siz özünüzə vaxt tapacaqsınız, pəncərədən baxın, amma virtual yox, real.


Aşağıda reklam kampaniyasında istifadə edilən fotoları təqdim edirik.