“Brand Finance” 2018-ci ilin ən bahalı futbol klubunun adını elan edib.
Facemark.az xəbər verir ki, reytinqin birinci pilləsində İngiltərənin “Mançester Yunayted” futbol komandası qərarlaşıb. Onun dəyəri 1,9 milyard dollar qiymətləndirilib.
İngiltərənin futbol klubu 4-cü dəfədir ki, ard-arda reytinqin əvvəlində qərarlaşır və 2017-ci illə müqayisədə adıçəkilən futbol klubunun marka dəyəri 9% artıb.
Reytinqin ikinci pilləsində isə Madrid “Real”ı qərarlaşıb. Klubun marka dəyəri 1,57 milyard dollara çatıb. Bir il ərzində İspaniya klubunun marka dəyəri 11% artıb. Üçüncü yerdə isə, Kataloniyanın “Barselona” futbol klubu qərarlaşıb. Brendin marka dəyəri 1,52 milyard dollardır, il ərzində artım isə 7%-dir.
Onluğa “Mançester Yunayted”dən başqa, həmçinin beş ingilis komandası da daxil olub. “Liverpul”, “Çelsi”, “Arsenal”, “Tottenhem”, “Mançester City” (Sonuncu ən böyük artım göstərib, illik 33%).
Bundan başqa, on ən yaxşı marka arasında Almaniyanın “Bavariya”sı və Fransanın PSJ komandası da daxil olub. Rusiyanın klubu “Zenit” isə reytinqin 149-cu yerində qərarlaşıb və marka dəyəri 125 milyon dollar olub. Ötən il ərzində Peterburq klubu 19% ucuzlaşıb.
Qeyd edək ki, “Brand Finance” futbol klubların reytinqini idman nəticələrinin proqnozlarına, şirkətlərin gəlirlərini, matç günlərində reklamlardan gələn gəlirləri hesablayaraq, növbəti mövsümlərdə klub ilə bağlı proqnozlara əsaslanaraq tərtib edir.
