“Amazon” “Google”un ticarət xidmətlərində reklam elanlarını yaymağı dayandırıb. Şirkət 2016-cı ildən reklamlarını “Google Shopping”də yerləşdirirdi.
Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə “Bloomberg” öz mənbələrinə istinadən xəbər verir.
Buna baxmayaraq, “Alphabet Inc.” şirkəti (Google-a daxil olan markadır) “Google” da yerləşdirilən reklam elanlarından gələn gəlirləri də açıqlamır. “Merkle Inc.” marketinq firmasının proqnozuna görə, “Amazon”un getməsi “Google”un itkilərini ildə 50 milyon dollara çatdıra bilər.
“Son həftə ərzindəki müşahidələr onu göstərir ki, “Amazon” öz ticarət kampaniyalarını “Google”da dayandırıb. - deyə Merkle Endi Teylor tədqiqat qrupunun direktoru öz bloqunda yazıb.
Əsasən, “Amazon” “Google Shopping”də mebel, idman malları və ofis mallarının reklamlarını yerləşdirirdi. “Google Shopping”də şirkətin reklam elanlarının ödənişi də qurtarıb.
Qeyd edək ki, “Amazon”un “Google”da reklamlarını dayandırmasına baxmayaraq, “Zappoz” və digər şirkətlər hələ də “Google”un xidmətlərindən istifadə etməkdədirlər.