Ərzaq və içki istehsalçısı “Heineken” şirkəti energetika bazarına çıxır. Belə ki, kompaniya “Solar Power” adlı təbii energetika içkisinin istehsalına başlayıb.
Facemark.az xəbər verir ki, yeni dad təzə tropik meyvələrin harmoniyasından ibarətdir və premium seqmenti üçün hazırlanan alkoqolsuz içkidir.
Onun tərkibinə yalnız təbii komponentlər daxildir. Məsələn, təbii kofein, taurin, həmçinin B qrup vitaminləri və D 3 vitamini.
“Heineken” şirkəti yeni məhsula enerjiyə ehtiyacı olan, sağlam həyat tərzinin tərəfdarları arasında tələbat olacağını gözləyirlər.
Yeni məhsul şirkətin filiallarında, məsələn Sankt-Peterburqun “Heineken”in Pivə zavodunda istehsal ediləcək. Enerqetika seqmenti həm pul, həm də həcmlə ifadədə hazırda ən tez böyüyən bazarlardan biridir. Elə buna görə də, onun marjası pivə ilə müqayisədə yüksəkdir.
“Nielsen”in məlumatına görə, energetika kateqoriyası ötən il 17,9% həcmində böyüyüb. Artan seqmentlər arasında, həmçinin suda var. 1,8%. Qalan içkilər kateqoriyasında isə azalma müşahidə edilir. Məsələn, adi suyun dadla qarışığı 1,1%, qazlı içkilər 0,7%, şirə və nektarlar 7,9%, kvas, 14,3%, soyuq çaylar 12,5% azalıb. “Heineken” hesablayır ki, yeni məhsul məşhurluğu fəth edəcək və yeni loyal alıcılar qazandıracaq. Loyal alıcılar yeni dadların və faydalı məhsulların daim axtarışındadırlar.
“Solar Power”ın istehsal edilməsi şirkətə aktiv həyat tərzi keçirən və alkoqol içkilərdən tez-tez imtina edən cavanlar tərəfindən yeni istehlakçılar cəlb edəcək.
Bundan başqa, seqment hələ yaxşı formalaşmayıb və yeni oyunçular şirkəti bu seqmentə liderlik mövqeyinə qədər yüksəldə bilər. “Solar Power” 0,45 litrlik qablarda buraxılacaq. Yeni məhsulun satış kanalları arasında, həmçinin supermarket, minimarketlər, evdə olan mağazalar belə daxil olacaq. Yeni məhsulun bazara çıxarılması ilə bağlı sosial şəbəkələrdə, çoxsaylı informasiya və əyləncə resurslarında irihəcmli kampaniyalar həyata keçiriləcək.
