2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü tamam olur.
Facemark.az xəbər verir ki, bu əlamətdar hadisənin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədilə Azərbaycanın Dövlət başçısı “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Sərəncam imzalayıb.
Adıçəkilən Sərəncama əsasən, Nazirlər Kabineti müvafiq tədbirlər planı hazırlayıb həyata keçirilməli idi. Bu tədbirlərlə yanaşı, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə əlaqədar ölkədə və ölkə xaricində silsilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
Xatırladaq ki, Azərbaycan prezidentinin qərarına əsasən, 2018-ci il ölkədə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib.
Əlbəttə, Cümhuriyyətimizin 100 illiyinin qeyd edilməsi, yerli bir çox şirkətlərin kampaniyalarının mövzusu olub. Facemark.az həmin kampaniyalardan bir qismini sizlərə təqdim edir.
Kapital Bank
Kapital Bank 31 may tarixinədək kredit götürən müştərilərə hər 3000 AZN kredit üçün aylıq 100 AZN ödəniş təklif edib. Üstəlik, kredit götürənlərə “BirKart” hədiyyə edir. 8500 AZN-dək olan kreditlər isə zaminsiz verilə bilər.
Rabitəbank
Bu il Rabitəbankın 25, Cümhuriyyətin 100 illiyi tamam olur. Bu münasibətlə Rabitəbank “Azərbaycan tarixi” mövzusunda “Myrabitacard” dizayn müsabiqəsinə start verib. Mükafat isə, qalib gələn hər 3 şəxsə 1000 AZN balanslı “MasterCard Black Edition”dır.
Azərbaycan Beynəlxalq Bankı
Azərbaycan Beynəlxalq Bankı keçirdiyi kampaniyaya əsasən, “visa electron” , “visa platinum”, “visa gold prime”, “visa platinum prime”, “visa infinite” kartlarına 50% endirim, 60 ayadək 200.000 məbləğində 20% dərəcəsilə komissiyasız kredit güzəşti təqdim edilir.
Unibank
İyunun 3-dək Unibank Mobile-da kredit və ya kart sifarişi edib rəsmiləşdirənlərə əlavə +100 BONUS, Mobil Bankdan kredit sifarişlərinin illik faiz dərəcəsinə -4% ENDİRİM, üstəlik seçilmiş partnyorlarda hədiyyələrə 50%-dək endirim təqdim edib.
AccessBank
Cümhuriyyətimizin 100 illiyi münasibətilə kredit kampaniyamızdan yararlanmaq üçün son 10 gün!
AccessBank-dan biznes və ya nağd pul krediti götürərək 100 günədək GÜZƏŞT MÜDDƏTİ və 100 günədək faiz məbləği HƏDİYYƏ əldə edə bilərsiniz!
Günay Sığorta
"Günay Sığorta"-dan Respublika Gününə özəl təklif
Cümhuriyyətimizin 100-cü ildönümü münasibətilə “Günay Sığorta” avtomobilini kasko sığortalayan müştərilərinə 100 manatlıq hədiyyə kartı və ya 100 günlük səyahət sığortası hədiyyə edir. Hədiyyə kartının seçimi müştərinin istəyinə əsasən təyin edilir.
Kontakt Home
Kontakt Home mağazalar şəbəkəsi Cümhuriyyətin 100 illiyi münasibətilə 1-31may tarixlərində “Mebeli indi al, 100 gün sonra ödəməyə başla” aksiyası həyata keçirib. Belə ki, istənilən növ mebeli may ayı ərzində əldə edib ödəməyə 100 gün sonra başlaya bilərsiniz.
Baku Electronics
Baku Electronics mağazaları 24-28 may arasında təqdim etdiyi aksiyada müştərilərinə istənilən əşyanı ilkin ödənişsiz, faizsiz və komissiyasız öz qiymətinə alıb, hissə-hissə ödəmək şansı verib.
Logics Academy
Cümhuriyyətimizin - 100 illiyi münasibətilə Logix Academy “Ticarət və Anbar Uçotu Modulu” üzrə şəhid ailələri üçün ödənişsiz praktik təlimi elan edib.





