Airbus təyyarə istehsalı şirkəti iPad planşet kompüterindən elektron uçuş sənədləşmə sistemi (Electronic Flight Bag, EFB) kimi istifadə etməyi planlaşdırır.
Planşet üçün təkliflər paketi qismində pilotların təyyarənin göyərtəsində istifadə etdikləri sənədlər və utilitlər təqdim ediləcək. Paketlər təklifi FlySmart with Airbus adlandırılacaq.
Proqramları artıq tezliklə App Store mağazasında yükləmək mümkün olacaq. Proqramlar üçün lisenziyanı şirkətlər – Airbus-ın müştəriləri əldə edəcəklər. 



Təyyarə istehsalçısının sınaq-məşq mərkəzinin pilotları artıq proqramın tətbiqinə başlayıblar. Bu məqsədlər üçün şirkət məxsusi olaraq planeştlər sifariş verib. 
Elektron uçuş sənədləşmə sistemi təyyarə pilotlarına lazım olan məlumatlarla işləmək üçün nəzərdə tutulan cihazdır. Sistemin işləməyə imkan verdiyi sənədlər sırasına uçuş istismarı üzrə təlimat, ekipaj təlimatı, naviqasiya xəritələri daxildir. EFB əvvəllər çamadanla daşınan kağız sənədləşməsini əvəz edəcək. Belə çamadanın çəkisi 15 kiloqram və daha çox olur. 



Xatırladaq ki, ötən il ABŞ Federal Mülki Aviasiya İdarəsi uçuşda bir sıra aviaşirkətlərin pilotlarına elektron xəritələrə baxmaq və uçuş sənədlərini oxumaq üçün iPad-dən istifadəyə icazə verib.