Qlobal snack markası (çərəz) “Bare Foods” Amerikanın beynəlxalq ərzaq, çərəz məhsulları istehsalçısı, içki korporasiyası olan “PepsiCo” tərəfindən alınıb.
Facemark.az xarici mətbuata istinadən xəbər verir ki, “PepsiCo” şirkəti bazarın nəhəngini almaq üçün qəti razılıq əldə edib. “PepsiCo” bu yeni həmlə ilə ilk növbədə öz portfelini genişləndirəcək, növbəti mərhələdə isə istehlakçıların istəklərinə fokuslanan məhsullar istehsal edəcək.
“PepsiCo” şirkətinin sədri və baş icraçı direktoru İndra Nooyi deyib ki, demək olar ki, şirkət son illər məhsullarının istehsalında sağlam qidalanmağa fokuslanıb. Məhz ona görədir ki, yeni məhsulların tərkibinə şəkər, duz, doymuş yağın əlavə edilməsi azaldılıb. “Bare Foods” da şirkətin son illər həyata keçirdiyi yeni vizyona uyğun gəlir”.
Baxmayaraq ki, hər iki şirkət maliyyə məsələləri ilə bağlı heç bir açıqlama verməyib. Amma ekspertlərin proqnozlarına görə, “PepsiCo” “Bare Foods” üçün ən azı 200 milyon dollar ödəyəcək.
“PepsiCo”nun sədri, xanım İndra deyib ki, “Bare Snacks” rəhbərliyi yüksək səviyyəli təşkilati və güclü kökləri olan şirkətin təməlini qurmaq üçün çətin işlər görüb. “Bare Snacks” şirkətini “PepsiCo” ailəsinə daxil olmasından şadıq”.
Xatırladaq ki, “Bare Snacks”in əsası hələ 2001-ci ildə Vaşinqtonda yaşayan ailə tərəfindən qoyulub. Amerikalı ailə yerli marketlərə qurudulmuş alma cipsləri tədarük edib və onu satıb.
Onun hazırki rəhbərliyi və komandası altında məhsula alma, banan, kokos kimi yeni dadlar da əlavə edilib və bu biznes yeni məhsullar hesabına daha da genişlənib. “Bare”nin məhsulları qeyd olunduğu kimi sadə məhsullardan hazırlanır və onlar qızardılmadan bişirilir. Təsdiq edilmişdir ki, onların tərkibində GMO yoxdur və məhsul Amerikanın onlayn satış kanallarında, orjinal emblem ilə satılır.
Qeyd edək ki, “PepsiCo” 2017-ci ildə nə az nə çox, düz 63 milyard dollar xalis mənfəət əldə edib. Şirkətin məhsulları kateqoriyasına Frito-Lay, Gatorade, Pepsi-Cola, Quaker and Tropicana kimi qida və içki məhsulları daxildir. “PepsiCo”nun məhsul portfeli illik pərakəndə satışı təxminən 1 milyarddan çox olan 22 markadan ibarətdir.

