Cari ilin əvvəlindən istifadəçilər “Youla” (Юле) xidmətində digər dövrlər ilə müqayisədə 3 dəfə çox benzin axtarmağa başlayıblar. Son ay ərzində müvafiq axtarışların həcmi nə az nə çox, düz 2 dəfə artıb.
Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə şirkətin məlumatında deyilir.
İstifadəçilər ən çox (43%) xidmətdə dizel yanacağını axtarırlar. Aİ-92 və Aİ-95 markalı benzin ilə bağlı sorğular müvafiq olaraq 29% və 25% olub. Xidmətdən bildiriblər ki, 2018-ci ilin əvvəlindən yanacağın qiyməti 18,5% artıb.
Ən çox bahalaşma isə Aİ-80 markalı benzində müşahidə edilib-təxminən bir litrdə 10 rubldan 34 rubla qədər. İlin başlanğıcından Aİ-92 markalı benzinin qiyməti 20% artıb, təxminən bir litrdə 36 rubla qədər.
Aİ-95 markalı benzinin qiyməti 40 rubla, dizel yanacağı isə bir litrdə 30 rubla qədər bahalaşıb. Xidmətdə benzinin digər növləri üzrə alıcıları isə Moskva, Sankt-Peterbruq, Krasnayarski, Tümen şəhərlərindən olub.
Son vaxtlar Rusiyada yanacağın qiymətləri kəskin bahalaşıb. Bu il ərzində qiymətlərin kəskin bahalaşması martın 21-27-ində müşahidə edilib. Məsələn, Aİ-92 markalı benzinin qiymətinə 90 qəpik əlavə edilib, nəticədə bir litrə görə, 42,21 rubla, Aİ-95 markalı benizinin qiyməti 88 qəpik artıb və 45,5 rubla yüksəlib.
Qeyd edək ki, ekspertlər ölkədə yanacağın qiymətinin bahalaşmasında neft şirkətlərini ittiham edirlər. Onların sözlərinə görə, neft şirkətləri bazarda defistin yaranması, qiymətlərin artımı üçün birja bazarına çatdırılmaları süni olaraq məhdudlaşdırır. Əlbəttə, belə maneələr YDM-lərdə də qiymətlərin bahalaşmasına təsir edir ki, bu hadisədən istehlakçılar da ziyan çəkir..