Fransanın bahalı məhsullar istehsalçısı “Dior” Amerikan aktyoru Conni Depp ilə əməkdaşlığı nəticəsində qısametrajlı film ərsəyə gətirib.


Facemark.az Rusiya mətbuatında istinadən xəbər verir ki, çarx ənənəvi reklam filmlərindən fərqli olaraq, qısametrajlı film şəklində hazırlanıb.


Videoya “Legend Of The Magic Hour” (Sehirli saatın əfsanəsi) adı verilib.


“Dior”un rəsmi kanallarında yayımlanan çarx qədim hind əfsanəsini hekayə edib. Əfsanəyə görə, qara od Allahı səmadan ulduzları yaradıb, amma canavar ulduzlarla dolu çantanı oğurlayıb və onu başının üzərindən atıb. Hind əfsanəsinə görə, qalaktikada məhz belə yaranıb.