FIFA futbol üzrə Dünya Çempionatı 2018-dən (2018 FIFA World Cup) 6,1 milyard qazanmağı planlaşdırır.
Facemark.az xəbər verir ki, bu barədə “The New York Times” futbol üzrə Beynəlxalq federasiyanın maliyyə sənədlərinə istinadən xəbər verir.
Bu rəqəm FIFA-nın dünya çempionatı 2014-dən qazandığı məbləğdən 1,3 milyard dollar çox deməkdir. Sənədlərə görə, FIFA-nın gəlirləri proqnozlaşdırılan məbləğdən 10% çox olacaq. Elə həmin il, Federasiya teletranslyasiyaya hüquqlarının satışından 3 milyard dollar qazanmağı planlaşdırırdı. Ancaq təşkilatın qazancı gözlənəndən 2% yuxarı olub. Həmçinin proqnozlara görə, FIFA sponsorlardan 1,45 milyard dollar cəlb edə bilərdi, amma bu rəqəm 1,65 milyard dollara çatıb. Nəşr futbol üzrə əvvəlki Dünya Çempionatıyla müqayisədə Çin sponsorlarının marağının artmasını qeyd edir.
Qeyd edək ki, ötən il şirkət 2017-ci ildə FIFA EA Sports video oyun franşıza yaradıcılarından illik ödənişlərin 223% artımına nail ola bilib. 2017-ci ildə şirkət futbol üzrə Beynəlxalq federasiyaya 160 milyon dollar ödəyib.
Daha əvvəldə qeyd edildiyi kimi, məşhur futbolçu Kriştiano Ronaldo “2018 FIFA World Cup” anonsuna çəkilib.
Xatırladaq ki, turnirin ev sahibi 2010-cu il dekabrın 2-də keçirilən səsvermədə nəticəsində qalib olan Rusiyadır. Turnirdəki oyunlar 12 fərqli stadionda cari ilin 14-15 iyul tarixlərində keçiriləcək. Final oyunu 15 iyulda Moskvadakı Lujniki Stadionunda oynanılacaq.