“Burger King”in Rusiya şöbəsi sosial şəbəkələrdə yayımladığı futbol üzrə Dünya Çempionatının (DÇ2018) ulduzlarından hamilə qalan qızlara ömürlük vopperin verilməsi və 3 milyon rubl (təxminə 47 min dollar-red.) pul mükafatı təklifinə görə ruslardan üzr istəyib.
“Ulduz futbolçuların genlərini əldə etməyi bacaran qızlar, qarşıdan gələn bir neçə nəsillə Rusiya milli komandasının uğurunun təmilini qoyacaqlar”, - “Vkontakte” sosial şəbəkəsi üzərində yayımlanan reklam kampaniyasında belə deyilib.
Facemark.az xəbər verir ki, marketinq gedişi şərhlərdə böyük mənfi reaksiya doğurub, nəticədə “Burger King” səhifədən kampaniyanı silib və daha sonra müştərilərdən üzr istəyib.
“Biz reklam kampaniyasına görə, üzr istəyirik. O, çox təhqiredici alınıb. Bizə geridönüş etdiyinizə görə, sizə təşəkkür edirik. Və bildirmək üçün tələsirik ki, artıq reklam kampaniyası yayımlanan sosial şəbəkələrdən yığışdırılıb”.
Əlavə edək ki, “Burger King” Rusiya provokasiya kampaniyaları ilə məşhurluq əldə edir. Ötən il fast-food restoranlar şəbəkəsi təcavüz qurbanı olan 17 yaşlı Diana Şuriginanın rəsmindən öz reklam kampaniyasında istifadə etmişdi.
Qeyd etmək lazımdır ki, “Burger King” Rusiyanın reklam kampaniyası “Facebook” sosial şəbəkəsində yayımlanmayıb.



