“IDS Borjomi Russia” MyWaterShop adlı internet mağaza açıb.


Facemark.az xəbər verir ki, Vedomosti yazır ki, şirkətin baş direktoru Aleksandr Jadanov qeyd edib ki, 2018-ci ilin sonuna qədər sudan gələn gəlirləri ötən illə müqayisədə 55% artırmağı planlaşdırırlar. O, xatırladıb ki, yeni internet mağaza açılana qədər satışlar çağrı mərkəzləri üzərindən edilib.


İnternet mağazasında hazırda “Barjomi”dən başqa cəmi bir necə brend yerləşdirilib. İstehlakçılar, həmçinin internet mağazasında “kuler” aparatı, nasoslar, şüşələrin saxlanması üçün dayaqlar, stəkan altları ala bilərlər. Bundan başqa, əlavə etmək yerinə düşər ki, saytdan çay, kofe, bir dəfə istifadə olunan qab-qacaqlar, şəkər, kremlər əldə etmək mümkündür.


Dəqiqləşdirilir ki, sifarişin minimal həcmi çatdırılan regionlardan asılı olaraq hər birində 0,33 və 5 litrlik 12 butulka olan 4 qablaşdırmadan və ya iki ədəd 19 litrlik butulkalardan ibarət olmalıdır. Çatdırılma isə Moskva, Moskva ətrafı ərazilər və Rusiyanın daha 14 şəhərinə nəzərdə tutulub. Xəbərdə qeyd olunub ki, şirkət çatdırılmanı Rusiyanın başqa regionlarına da əlçatan etməyi planlaşdırır.