“Rusiya 1” telekanalında yayımlanan Rusiya və Misir yığma komandaları arasında baş tutan qarşılaşma FIFA2018 tarixində televiziyada rekord baxış sayı toplayıb.
Facemark.az xəbər verir ki, “Mediascope”un məlumatına görə, translyasiyanın reytinqi 4 yaşdan böyük, əhali sayı 100 mindən çox olan Rusiya şəhərlərində yaşayan auditoriyanın 47%-i olub.
Ekspertlər qeyd edib ki, Rusiyanın Uzaq Şərqində və Sibirdə adıçəkilən futbol qarşılaşması gecənin bir saatına düşüb. Amma bununla belə ölkə əhalisinin 6%-i Rusiya-Misir matçına baxıb. Evdən kənar-kafe, bar, işdə bu qarşılaşmaya baxanların sayı ümumi 18% təşkil edib, 15%-i isə yarışa desktop və mobil qurğular (planşet, smartfon) üzərindən baxıb.
Rusiya və Səudiyyə Ərəbistan komandaları arasında baş tutan matça isə evdə baxanların sayı ən yüksək göstəriciyə çatıb. 26%. Ekspertlər isə Misir və Rusiya qarşılaşmasına evdə baxanların sayının az olmasını matçın 3 saat daha gec keçirilməsi ilə əlaqələndiriblər.
İki qələbə və 8 ardıcıl qoldan, bir məğlubiyyətdən sonra 22% izləyici Rusiyanın futbol üzrə Dünya Çempionatından qalib olmasını istəyir. 14% respondent fikirləşir ki, FIFA2018-in qalibi Braziliya, 13% fikirləşir Almaniya, 12%-in düşüncəsinə görə bu İspaniya, 10% tamaşaçı isə düşünür ki, qalib Portuqaliya olacaq.
Daha əvvəl “Mediascope” Rusiya və Moskva matçına baxan teletamaşaçıların sayını açıqlayıb. Onun qiymətləndirməsinə görə, bu matça 2,5 milyon moskvalı baxıb. Rusiya və Səudiyyə Ərəbistanı matçına isə paytaxtda 1,98 milyon nəfər izləyib.