Həqiqətdir ki, amerikalı biznesmen Elon Musk (İlon Mask) aktiv sosial media istifadəçisidir. İnvestor paylaşımları ilə rəqib markalara da sataşmaqdan çəkinmir. Ancaq bu dəfə “Ford Europe & MEA” CEO-su Steven Armstrong (Stiven Armstronq) “Twitter”də Elon Muskun tvitinə sataşıb.



Facemark.az xəbər verir ki, Musk “Twitter” də deyib ki, “Tesla” avtomobillərinin istehsal həcmi artıb: “7 gün içində 7000 avtomobil istehsal etdik. “Tesla” komandası”.



Muska tez bir zamanda cavab verən Steven Armstrong isə bildirib ki, “4 saat içində 7 min avtomobil istehsal edirik. “Ford” komandası”.


Qeyd edək ki, Steven Armstrong bütün iş həyatını avtomobil sektorunda, ilk növbədə komponent seqmentində qurub. Son 20 ildə isə “Ford Motor Company”nin istehsal etdiyi markalar üzrə çalışıb.