“Ölkədə ən çox istifadə olunan sosial media platformalarından biri olan “Instagram”ın istifadəsinə qadağa qoyulacaq”.
Facemark.az Anadolu agentliyinə istinadən xəbər verir ki, bu sözləri baş prokurorun köməkçisi Məhəmməd Musaddık Tehranda Baş prokurorluğun binasında təşkil edilən mətbuat konfransında deyib.
Agentliyin xəbərinə görə, Musaddık qadağanın nə vaxt qəbul edilməsi ilə bağlı açıqlama verməyib, amma qadağaya səbəb kimi deyib ki, “ölkədəki bəzi sənətçilər “Instagram” üzərindən ehtiyac sahibi şəxslər üçün yardım toplaması sui-istifadəyə gətirib çıxarır”.
Qeyd edək ki, İranda “Facebook”, “Twitter” kimi sosial platformalardan istifadə etmək qadağandır. 2017-ci ilin dekabrında Məşhəd şəhərində iqtisadi problemlərdən dolayı etiraz aksiyaları başlamışdır. Daha sonra mövcud rejimə qarşı olan etiraz aksiyalarının sonunda ötən ilin aprel ayında ölkə vətəndaşlarının “Telegram”dan istifadəsinə qadağa qoyulmuşdu.
Hazırda ölkədəki internet istifadəçilərinin 55%-i, yəni ən böyük qismi “Telegram”dan istifadə edir. Ölkə vətəndaşlarının ən çox istifadə etdiyi ikinci sosial platforma isə 23% ilə “Instagram”dır. Hətta İran İslam Respublikasının dini lideri Ayətullah Xamenei-nin də “Instagram” hesabı var. İki milyon izləyiçisi olan Xamnenei ötən may ayında ABŞ-ın prezidenti Donald Trampın Ağ Sarayda “Atəş və Qəzəb” (Fire and Fury-ing. dilində-red.) adlı kitabını fars dilində oxumuş və kitabı oxuyan zaman çəkilmiş fotosunu “Instagram” üzərindən paylaşmışdı. Belə bir hərəkət isə insanlar tərəfindən maraqla qarşılanmışdı.
