“Bank of America”nın analtikləri dünya maliyyə bazarında trendləri təhlil ediblər və bu qənaətə gəliblər ki, 1997-1998-ci illərin böhranı dünya maliyyə bazarında təkrarlana bilər.
Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Bloomberg bildirib.
İnkişaf edən bazarlar yüksək dollar təzyiqi altında alt-üst ola, bu vaxt isə yüksəktexnologiya şirkətlərinin səhmlərinin dəyəri isə yüksələ bilər. Bu isə 1998-ci ilin süjetinə bənzəyir. Həmin zamanda Asiya regionunda maliyyə böhranı baş vermiş, Rusiya da isə defolt elan edilmişdi.
“ABŞ bazarında sabit artım, istiqraz vərəqələrinin əyri gəlirliyinin yumşalması, inkişaf edən ölkələrin azalan bazarları, bütün bunlar 20 il öncə baş verən hadisələrə bənzəyir”, - deyə “Bank of America”nın aparıcı investisiya analtiki Maykl Xartnet deyib. 1990-ci illərin əvvəlində iqtisadi vəziyyətin kəskinləşməsi nəticəsində 1998-ci ildə cəmi 3 il ərzində dolların məzənnəsi 25% artmışdı.
Bunun nəticəsində inkişaf etməkdə olan bazarlarda enmə müşahidə olundu. Bank qeyd edir ki, hazırda inkişaf edən ölkələrin istiqrazlar bazarı enir və bu göstərici dünya maliyyə böhranı zamanı minimuma çatacaq.
Qeyd edək ki, 1998-ci ilin maliyyə böhranı bir sıra ölkələr üçün çətin və ağrılı olub. Məsələn, 1998-ci ilin avqustun 17-də Rusiya hökuməti və Mərkəzi Bankı qiymətli kağızların əsas növləri üzrə texniki defolt (borc öhdəliklərinin yerinə yetirilməməsi-red.) elan etmişdi. Dünya tarixində ilk dəfə dövlət milli valyuta ilə ifadə edilmiş daxili borclarını ödəyə bilmədiyi üçün defolt -a getmişdi.