Yaradıcılığın paytaxtı Amsterdamda yaşayan, Cənubi Afrikalı James Yeats Smith (JYS) markaların cəmiyyət qarşısında olan öhdəliyinə fokuslanan, beynəlxalq təcrübəyə sahib olan kreativ direktordur. Ötən gün beynəlxalq reklam networkündən çox, butik agentlik olan “Cloudfactory”ə keçid edən Smith, niyə dünyamız haqqında “baş sındırmalı” olan markalara ehtiyac olunduğundan danışıb.
- Markalar niyə danışmadan öncə daha çox düşünməlidirlər?
Dünyada daha çox pis reklam var, ancaq bundan daha çox isə məqsədi olmayan marka mövcuddur. Markanın bazarda niyə mövcud olması ilə bağlı fikri yoxdursa, kiməsə dəyər yarada bilməz və əsl problem də məhz buradan başlayır.
Reklamda ağırlıq mərkəzini tapmaq üçün çox vaxt tələb olunur. Lakin nəticələr baş verdikdən sonra həmişə mənalı olacaqdır.
- Marka nə zaman dəyərli olur?
İnsanların həyat tərzlərində sahib olduqları marağı özündə araşdıra bilən və anlayan markalar hər zaman dəyərli olurlar. Bunu edə bilməyənlər isə qısa zamanda yox olurlar. Zamanın ruhunu tuta bilən markalara hörmət edirəm. Siyasi pislik, və post-truth mövhumu bu günün mədəniyyətində hegomon oldu. Bu baxımdan “New York Times”ın bu məsələdəki qərarlılığını nəzərdən keçirə bilərik. Danimarkanın “Bianco” markası nifrət ilə əlaqədar kommunikasiya kampaniyası diqqət çəkir.
- Tutalım bir paket cipsi satırsınız? Burda yüksək məqsədin nə dəyəri ola bilər axı?
Mənalı məqsəd üçün yunusları qurtarmaq məcburiyyətində deyilik. Soruşmalı olduğunuz sual isə budur niyə cipsi satırıq. Çünki: a) cipsiləri sevirsiniz və ən yaxşılarını istehsal edirsiniz; b) cipsilərdən nifrət edirsiniz və onlardan qurtulmaq istəyirsiniz; c) cipsilər haqqında qarışıq hissləriniz var və həyat seçimlərinizi yenidən dəyərləndirirsiniz. Bu səbəblərdən hər-hansı biri doğru olduğu müddət ərzində bir marka məqsədinin başlanğıcı ola bilər.
- Bu tənlikdə yaradıcı agentliklərin rolu nədir?
Tanıtım olaraq yaradıcı agentliklər markalar üçün proxy/ körpü vəzifəsini görür. Yaxşı bir agentlik isə xalq üçün vasitə vəzifəsini görür. Markanın köklərinə uyğun şəkildə var olmalarının səbəbini, eyni zamanda bu anda insanlara uyğun şəkildə inkişaf etdirməyə kömək olurlar. İnsanlar düşündüklərindən daha çox hiss edən varlıqlardır. Yaxşı agentliklər markaların düşünməsinə kömək olurlar, ancaq yaxşı agentliklər özlərini hiss etmələrinə də kömək olur.
- Yaradıcı olaraq sizə nə ilham verir?
Musiqi mənim üçün dərin bir ilham mənbəyidir. Qısası, musiqi vasitəsilə şərh etmək, düşünmə müddətimi öyrəşmədiyiniz şəkillərdə pozmağınıza kömək olur.
- Yaradıcı bir rejissor olaraq komandanızdakı komandanızdakı yaradıcılığı necə təşviq edirsiniz?
Düşünürəm ki, insanları təşviq edən zaman onlar daha çox yaradıcı olurlar.
1. Məşğul olun - Yaradıcılıq nəfəs alınması lazım olan yerə ehtiyac duyur. Ofisdən çıxın və e-maillərinizi sabah bir dəfə, günortadan sonra isə bir dəfə yoxlayın;
2. Dramatik olun - Bəzən işi əldə saxlamaq üçün tək yol budur;
3. Həqiqətdən kənara çıxın – Sizi yenidən həqiqətə qaytarmaq üçün kifayət qədər praqmatist var;
4. Yetkin kimi davranın – Müstəqillik məsuliyyət tələb edir, buna görə, etibar edilən və məsuliyyət sahibi biri olun;
- Ötən gün adı çox da bilinməyən “Cloudfactory” üçün beynəlxalq bir reklam networkü olan “Anomaly”dən ayrıldınız. Bu ani dəyişikliyin səbəbi nədir?
Agentliklər çalışır ki, qapalı qapılar arxasında işlər görsünlər və cavabı isə sonra ortaya çıxarırlar. “Cloudfactory”də müştərilərimiz ilə birlikdə daha çox kommunikativlik nümayiş etdiririk. Bunu etmək üçün isə hər kəs arasında yaxşı bir imzaya və hər iki yöndə daha çox hörmətə ehtiyacımız var. Fəqət doğru kimya tapdıldıqda, ortaya möhtəşəm işlər çıxır.
Mənbə: MarketinqTürkiyə