“Forbes”in rus versiyasının keçmiş baş redaktoru Nikolay Uskov nəşrin daxil olduğu “Rus Media” şirkətinin yayımçılarını məhkəməyə verir, Uskov məhkəmədən ona qarşı edilən mənəvi ziyanın kompensasiya edilməsini tələb edəcək.
Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, o bildirib ki, “bu, mənim məhkəməyə iddia ilə baş vurduğum müraciətlərdən biridir”.
“Bu isə mənim işdən qanunsuz çıxarılmağım ilə əlaqədardır. Danışıqlar isə məni yenidən baş redaktor vəzifəsinə bərpa edilməsindən, mənəvi kompensasiyasın ödənilməsində, bu müddət ərzində mənə qarşı edilmiş ziyana görə əmək haqqının verilməsindən gedir”, - deyə baş redaktor əlavə edib.
Uskov qeyd edir ki, “Forbes” də KİV haqqında qanunun müddəaları pozulub, maaşlar gecikdirilib və jurnalistlərə təzyiqlər olunub.
Xatırladaq ki, iyunun əvvəlindən məlum oldu ki, “Forbes Russia”nın baş redaktoru Nikolay Uskov işdən çıxarılıb. Şirkət müvafiq qərarı isə onun işinin qeyri-kafi olması, həmçinin baş redaktorun icazəsi ilə əmək intizamının pozulmasına şərait yaratması ilə əlaqələndirmişdi. Öz növbəsində isə Uskov daha əvvəlki açıqlamasında demişdir ki, şirkətdən çıxarılmasının səbəbi sahibkar ilə arasında olan müaqişə ilə bağlıdır və bununla əlaqədar olaraq məhkəməyə müraciət edəcək.