ABŞ-da orqanik fermerlərin müstəqil kooperativi olan “Organic Valley”, istehsalçısı olduğu “Ghee” yağları ilə bağlı olaraq reklam kampaniyasına başlayıb.
Facemark.az xəbər verir ki, “MediaPost” yazır ki, “Humanaut” agentliyi hər biri 60, 30, 15, 6 saniyə davam edən ümumilikdə 17 video çarx hazırlayıb.
Reklam çarxının 60 saniyə davam edən tam versiyasında “Ghee” markasının reklam siması deyir ki, marka istənilən bitki və kərə yağını asanlıqla əvəz edə bilər. Sonra o etiraf edir ki, bütün “YouTube” bloggerləri də belə edirlər.
Reklam çarxında adi kərə bitki yağından istifadə edən şəxslər bu haqda danışdıqları zaman yüksək səslə “Ghee” markasının adı çəkilir və şəkli ekranda görünür.