Sosial media hesablarında bir-birindən maraqlı videolar paylaşan və “saltbae” hərəkəti ilə fenomen olan, etdiyi PR işləri ilə dünya miqyasında populyarlıq qazanan, türk sahibkar Nusret Gökçenin Babek Cevdetpaşa küçəsindəki şöbəsi – “Nusr-Et Steakhouse” lisenziyası olmadığına görə bağlanılıb.
Facemark.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, içkili xidmət verən restoranın - “Nusr-Et Steakhouse”un Beşiktaşın Bələdiyyəsi tərəfindən möhürləndiyi bildirilib.
Müəssisənin rəsmiləri isə deyib ki, “illərdir xidmət verən restoran qışa hazırlıqla bağlı olaraq yenilənir, restorana lisenziyasının olmadığına görə möhür vurulmasından söhbət gedə bilməz”.

