“Modern Group of Companies” MMC-yə yeni baş direktor Anar Bayramov təyin edilib.


Facemark.az xəbər verir ki, A.Bayramov indiyə qədər holdinqə daxil olan “Az-Granata Dağıtım” şirkətinin baş direktoru olub və yeni vəzifəsində Mustafa Məmmədovu əvəz edib.


Qeyd edək ki, Anar Bayramov 1985-ci ildə İsmayıllıda anadan olub. İqtisad Universitetini (XİQ) bakalavr və magistr üzrə bitirib. 10 ildən çox top menecment təcrübəsi var. Müller İnteryer, İdea, ORO Mebel, Azgranata şirkətlərinin rəhbərliyində çalışıb.


2008-2013-cü illərdə Müller İnteryer və ORO Mebel şirkətlərinin rəhbəri olub. 2013-cü ilin sonlarından 2015-ci ilin may ayına kimi Azgranata şirkətinin vitse-prezidenti işləyib. 2015-ci ilin iyul ayından 2017-ci ilin aprel ayına kimi Dəmirbank ASC-nin Marketinq Departamentinin Direktoru kimi çalışıb. 2017-ci ilin aprel ayından Azgranata Dağıtım şirkətinin baş direktorudur.


Müəllif eyni zamanda satış, marketinq, idarəçilik üzrə ixtisaslaşmış təlim və konsaltinq şirkəti-“SAT Group”un həmtəsisçisidir.


Anar Bayramov biznes idarəçisi olmaqla bərabər biznes təlimçi, biznes konsultant və biznes bloqçudur. 5 ilə yaxın müddət ərzində İqtisad Universitetinin MBA proqramında menecment tədrisi ilə məşğul olub.


Praktiki marketinq təlimləri olan “Marketinq AİR”in, Azərbaycanda hər il keçirilən “Milli Marketinq Forumu”nun, “SAT Forum”un təsisçilərindən biridir.