Reklam agentlikləri bir-bir “Papa John’s” ilə əməkdaşlıqdan imtina edir. Agentliklərin belə bir addım atması Amerikanın ən böyük pizza restoranları şəbəkəsinin - “Papa John's”un banisi olan Con Şnatterin irqçi qalmaqalı ilə bağlıdır. Şnatter tez-tez Amerika Milli Futbol Liqasının (NFL) oyunçularının hərəkətləri haqqında neqativ fikirlər bildirib.
Belə ki, oyunçular qarşılaşmadan öncə ABŞ himnini dinləməyi rədd edib və diz çökmüşdülər. Diz çökməklə, oyunçular qaradərilər barəsində polislərin zorakılığı hadisələrinə və prezident Donald Trampın miqrasiya ilə bağlı qaydaları sərtləşdirməsinə etiraz əlamətini ifadə etmişdilər.
Ötən gün də Con Şnatter irqçi qalmaqalına görə, şirkətin direktorlar şurasının sədri vəzifəsindən getmişdi. Bu hadisədən sonra, onun təsviri bütün reklam materiallarından və şirkətin loqosundan silinib. Əməkdaşlıqdan ilk imtina edən şirkət isə “Papa John’s”un kreativliyindən məsul olan “Laundry Service” reklam agentliyidir.
Facemark.az xəbər verir ki, Ad Age yazır ki, agentlik hələ 2017-ci ilin payızında Grey-i (WPP) əvəz etmişdi.
Şnatter “Laundry Service”i şirkətdən 6 milyon dollar almaqda ittiham etib. Agentlik isə ittihamlara cavab olaraq deyib ki, Con Şnatterin bu hərəkəti alçaldıcı və təhqiredicidir. Növbəti belə addımı isə ötən həftə PR firması olan “lson Engage” atıb. PR firması deyir ki, şirkətin sabiq direktorlar şurasının rəhbəri ilə mübahisələrin həlli, şirkətin inkişafı və imicinin bərpası barəsində tez-tez fikir ayrılıqları olurdu. Amerikanın ən böyük pizza restoranı ilə əməkdaşlıqdan ilk imtina edən “Laundry Service” belə addımı hələ may ayında təşkil edilən konfransda Con Şnatter “n” hərfi ilə başlayan təhqiredici ifadədən istifadə etdiyinə görə atmışdı.
Kompaniyanın yeni kreativ tərəfdaşı isə “Publicis Groupe”a daxil olan “Fallon” şirkətidir. “Fallon”un rəhbərliyi isə deyir ki, “Papa John's” ilə bağlı olan qalmaqalı birbaşa olaraq onlar araşdırmayıb, cəmiyyətdə baş verən reaksiyalardan xəbərdar olublar. “Fallon” ilə qısa zaman kəsiyində olan əməkdaşlıq nəticəsində hələ bazara belə çıxarılmağa nail olunmayan cəmi bir layihə reallaşdırılıb. Şirkət qalmaqal haqqında xəbərdar olandan sonra isə pizza restoranları şəbəkəsi ilə əməkdaşlıqdan imtina edib.
Son belə addımı atan agentlik isə “Initiative” (IPG)dir. Öncə onlar qalmaqalın yaranmasına baxmayaraq media biznes sahəsində əməkdaşlıq etməyi davam etdiriblər. “Initiative” şirkətinin nümayəndələri deyirdi ki, şirkət ətrafında baş verən qalmaqal istisnadır və sadəcə bir nəfərin hərəkəti ilə bağlıdır. Bu isə ümumilikdə şirkətin koorporativ mədəniyyətini əks etdirmir. Rəhbərlik isə söz vermişdi ki, onlar inklüziv proqramına daha böyük invetisiya yatıracaqlar. Amma daha sonra isə şirkət mövqeyində radikal dəyişiklik etdi. Bu isə onunla bağlı idi ki, agentlik baş verən qalmaqal ilə əlaqədar əlavə informasiyalar almışdı.
Bu halda “Papa John’s” ilə əməkdaşlığı Weber Shandwick (IPG) aid olan və elə də böyük olmayan “Powell Tate” PR agentliyi davam etdirir. Onlar şirkətin kommunikasiya strategiyalarından məsuldurlar.