Reklam və marketinq dünyasının sadəcə yaradıcılığı deyil, eyni zamanda marka hədəflərinə təsirini dəyərləndirən tək müsabiqə olan “Felis”ə müraciətlər avqustun 1-dən başlayır.
Facemark.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən il “Felis Mükafat”ları üçün 3385 müraciət qeydə alınıb. “Felis” bu il 14 sentyabr tarixinə qədər, həm agentliklərin, həm reklamverənlərin, həm də fərd üzrə müraciət edən çalışmaları qəbul edəcək.
Bu il 13-cü dəfədir ki, təşkil edilən və yaradıcı işləri dəyərləndirən “Felis” reklam, marketinq, PR sektorlarının ən parlaq işlərini 7-8 Noyabr 2018-ci il tarixlərində təşkil edilən mükafatlandırma mərasimində sahibləri ilə qovuşduracaq. Hər il yeni bir bölümlə vizyonunu ortaya qoyan “Felis”, bu il də “Marka Təcrübəsi” və “Aktivləşdirmə Bölüm”ləri ilə əhatə dairəsini genişləndirir.
Bütün kateqoriyalara, müaciət səhifəsinə və yarışma ilə bağlı bütün detalları www.felisodulleri.com ünvanından əldə edə bilərsiniz.
Ötən il müxtəlif kateqoriyalar üzrə mükafat qazananların siyahısı ilə aşağıdakı linkdən tanış ola bilərsiniz.
http://s.felisodulleri.com/extras/felis-2017-tum-kazananlar.pdf
Azərbaycandan reklam, marektinq, PR sektorlarının ən yaxşı işlərini də müsabiqədə nümayiş etdirmək olar. Aşağıdakı linkdən Türkiyə xaricində olan agentliklərin, fərdlərin müraciəti ilə bağlı detallar yer alır.
https://felisodulleri.com/2018/katilim-kurallari
Hər kəsə uğurlar!