Dünyada ən böyük alkoqolsuz içkilərin istehsalçısı olan “Coca-Cola” şirkəti qiymətlərin artması haqqında məlumat verib.


Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, kompaniyanın rəhbəri Ceyms Kuinsi (James Quincey-ing.) CNBC telekanalına müsahibəsində gileylənib ki, onlar Vaşinqtonun uzaqgörməyən iqtisadi siyasətinə görə, məhsulların qiymətində artıma getməyə məcbur olublar.


Şirkət rəhbərliyi qeyd edib ki, ilin ortasında ölkənin iqtisadi siyasətində dəyişikliklərin edilməsi onlar üçün gözlənilməz olub: “ABŞ prezidenti Donald Tramp içkilərin qablaşdırılmasında istifadə olunan alüminiuma qoyulan idxalat vergisində artırıb. Bu, gözlənilməz qərardır”.



Kuinsi əlavə edib ki, “Polad və alüminiumun qiyməti artır. Əməyin də qiyməti artır”.


Şirkətin rəhbəri qeyd edib ki, metallar üzrə rüsumlar artırılması bizi ilin ortasında qiymələrdə dəyişikliyə getməyə məcbur edən çoxsaylı faktorlardan biridir.


Kompaniya qiymətlərin dəqiq nə vaxtdan artması, içkilərin qiymətində konkret hansı qiymət artımından söz gedilməsi haqqında hələ ki məlumat vermir. Şirkət, həmçinin bu qərarın xarici bazarlarda məhsullarda qiymət artımına gətirib çıxara biləcəyi haqqında da informasiya verməyib.


Hazırda isə şirkət və onun partnyorları yeni şərtlər altında biznesin inkişaf etdirilməsi yolları haqqında düşünürlər.


Qeyd edək ki, Donald Tramp polad və alüminiuma idxal rüsumlarını artırması haqqında qanunu martın 9-da təsdiq edib. Ştatlara adıçəkilən metalların idxalına görə 10%, 25%-lik vergi tətbiq olunmağa başlayıb. Əvvəlcə bu qayda Avropa İttifaqı, Meksika, Kanada ölkələrinə aid deyildi. Ancaq iyunun 1-dən qanunda yeni dəyişikliyə görə, idxal üzrə rüsumların artırılması adıçəkilən ölkələrə də şamil olunmağa başlayıb.